13:53, 12 Fevral 2019 (Çərşənbə axşamı) 441

Dumanlı hava gözlənir

Dumanlı hava gözlənir
Fevralın 13-də Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Gecə 2-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.