13:35, 06 Mart 2019 (Çərşənbə) 210

Dağlarda qar yağacaq

Dağlarda qar yağacaq
Martın 7-də Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənir. Mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında onun arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 də isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış, axşam dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəzlənəcəyi təxmin olunur. Bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.