10:37, 07 Noyabr 2018 (Çərşənbə) 117

ABŞ-da Demokratlar nəzarəti ələ alır

ABŞ-da Demokratlar nəzarəti ələ alır


/ DÜNYA
ABŞ-da aralıq seçkilərin ilkin qeyri-rəsmi nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alacaq, respublikaçılar isə Senatdakı mövqelərini saxlayacaq.

Xəbər mediası demokratların konqresin aşağı palatasına nəzarət etmək üçün lazım olan 23-dən artıq yeri qazandığını bildirir.

Respublikaçılar isə senatda azı iki demokratı məğlub edərək üstünlüklərini möhkəmlədiblər.

Bu səsvermə Prezident Donald Trampın iki illik prezidentliyi üzrə bir referendum sayılırdı.

Tramp Twitter-də seçkinin nəticəsini alqışlayıb, onu "böyük uğur” adlandırıb.
 
Azadlıq Radiosu