13:10, 07 Noyabr 2018 (Çərşənbə) 104

Azərbaycan ekoloji reytinqdə 84-cüdür

Azərbaycan ekoloji reytinqdə 84-cüdür
Şəhər və ölkələr haqqında statistik bilgilər toplamaqda ixtisaslaşan Numbeo.com saytı planetin ekoloji durumu ilə bağlı yeni hesabat yayıb.
 
Hesabat Avropanın 70 şəhərinin sakinləri arasında sorğunun nəticələrinə əsaslanır.

102 ölkəni əhatə edən reytinq hava və suyun çirklənmə dərəcəsinə əsaslanır.

Ekoloji durumu yaxşı ölkələr sırasında Finlandiya birincidir. Sonrakı yerlərdə İslandiya, Estoniya, İsveç və Norveç göstərilir.

Hesabata əsasən, ekoloji baxımdan ən problemli ölkələr Monqolustan, Əfqanıstan və Myanmadır.

Keçmiş SSRİ məkanından Litva reytinq cədvəlində 17-ci, Latviya 21-ci, Belarus 26-cı, Ermənistan 53-cü, Rusiya 55-ci, Ukrayna 61-ci, Gürcüstan 76-cı, Qazaxıstan 77-ci, Azərbaycan 84-cüdür.

Türkiyə 69-cu, İran 89-cü pillədə yer alır.