10:41, 12 Fevral 2019 (Çərşənbə axşamı) 428

Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib

Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsi 11 fevral iclasında milli komandanın baş məşqçisi vəzifəsinə təyinatı müzakirə edib.
 

Baş məşqçi vəzifəsinə xorvatiyalı Nikola Yurçeviç gətirilib.

Nikola Yurçeviç 1966-cı ildə Xorvatiyanın paytaxtı Zaqrebdə doğulub. Yerli "Dinamo” və "Zaqreb”, Belçikanın "Antverpen”, Avstriyanın "Zalsburq”, Almaniyanın "Frayburq” klublarında yarımmüdafiəçi mövqeyində çıxış edib, Xorvatiya milli komandasının heyətində 19 oyunda 2 qol vurub.

"Zaqreb”, "Dinamo”, "Zalsburq”, "Slaven” (Xorvatiya) klublarında baş məşqçi, "Lokomotiv” (Moskva, Rusiya), "Beşiktaş” (Türkiyə), "Vest Hem” (İngiltərə) klublarında və Xorvatiya yığmasında baş məşqçinin köməkçisi olub.

Azərbaycan milli komandasına 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov baş məşqçilik edib.

1999-2000-ci illərdə milli komandanın sükanı arxasında Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov dayanıb.

Novator.az