11:03, 25 Aprel 2019 (Cümə axşamı) 212

Bakının bəzi yerlərində işıq olmaycaq

Bakının bəzi yerlərində işıq olmaycaq
Aprelin 25-də saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat yayıb.

Məlumata görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.