16:45, 20 Mart 2019 (Çərşənbə) 284

Britaniya Avropa İttifaqından çıxarılacaqmı?

Britaniya Avropa İttifaqından çıxarılacaqmı?


/ DÜNYA
Jan-Klod Canker: "Tereza Meyin fikri Parlamentlə uzlaşmaya gəlmir"

Avropa İttifaqının komissiya rəhbəri Jan-Klod Canker "Breksit" proqramı çərçivəsində Böyük Britaniyanın bu qurumdan çıxışının təxirə salınmasının reallaşa bilməyəcəyini deyib.

O bildirib ki, Avropa İttifaqı rəhbərlərinin martın 21-22-də Brüsseldə baş tutacaq iclasında bu qərarın verilməsi inandırıcı görünmür. 

Canker "Deutschlandfunk" radiosuna verdiyi açıqlamada təxirəsalınma qərarının gecikməsinin səbəbini Britaniyanın Baş nazir Tereza Meyin Parlament ilə heç bir uzlaşmaya getmədiyində görür. 

O qeyd edib ki, qərarın verilməsi qarşılıqlı uzlaşma yolu ilə həll olunmalıdır.

Böyük Britaniyanın Avropa İttifaqından çıxışı (Breksit) 2016-cı il iyunun 23-də keçirilən referendum ilə qəbul edilib. 

Emil Nəcəfli
Toplum.Tv