15:44, 07 Fevral 2019 (Cümə axşamı) 524

Dünyada intiharların sayı artıb

Dünyada intiharların sayı artıb


/ DÜNYA
Son 25 ildə dünyada intiharların sayı 7% artıb. 

Dünya Səhiyyə Təşkilatı ekspertlərinin 1990-2016-cı illəri əhatə edən hesabatında belə deyilir.

Araşdırmada qeyd olunur ki, intiharlar 20-ci əsrin ortalarından qabarıb, son 70 ildə özünə qəsd halları 1,5 dəfə yüksəlib. Bu artımın sosial gərginlik, alkoqolizm və narkomaniya, iqtisadi böhran və digər neqativ hallarla bağlandığı vurğulanır.

Hesabata əsasən, 2016-cı ildə dünyada 817 min intihar hadisəsi baş verib. Həmin il 52 min rusiyalının intihar etdiyi bildirilir. Bu, Yaponiyanın göstəricisindən iki dəfə çox, Qərbi Avropa və ABŞ-ın birlikdə göstəricisi ilə eynidir.

195 ölkənin tibb xidmətləri ilə birgə araşdırma aparan Dünya Səhiyyə Təşkilatı intiharların ölümlə nəticələndiyi qara siyahıda Cənubi Koreya, Litva və Qayananın da adını çəkir.