22:29, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 310

Gürcüstanda 11 nəfər qripdən ölüb

Gürcüstanda 11 nəfər qripdən ölüb


/ DÜNYA
Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

"Report”unxəbərinə görə, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə "donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Gürcüstanda "donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib.