15:50, 12 Mart 2019 (Çərşənbə axşamı) 353

Havası ən təmiz olan ölkələr

Havası ən təmiz olan ölkələr
"Qrinpis” beynəlxalq ekologiya təşkilatı təmiz və çirkli havası olan ölkələrin adlarını açıqlayıb. 

Novator.az bildirir ki, reytinq 73 ölkəni əhatə edir.

Ən təmiz havası olan ölkələr kimi İslandiya, Finlandiya, Avstraliya, Estoniya, İsveç, Norveç, Yeni Zelandiya, Kanada, ABŞ və Portuqaliya göstərilir.

Reytinqə əsasən, ən çirkli havası olan ölkələr Banqladeş, Pakistan, Hindistan, Əfqanıstan, Bəhreyn, Monqolustan, Küveyt, Nepal, Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyadır.

Hava təmizliyinə görə Rusiya 16-cı, Ukrayna 25-ci, Litva 32-ci, Türkiyə 43-cü, İran 49-cu, Qazaxıstan 54-cü, Özbəkistan 58-cidir.