13:33, 22 Sentyabr 2018 (Şənbə) 179

İranda hərbi parad atəşə tutulub

İranda hərbi parad atəşə tutulub


/ DÜNYA
İranda hərbi paradın atəşə tutulması nəticəsində bir neçə adam ölüb, 20-ə yaxın adamsa yaralanıb.

İnsident sentyabrın 22-də Ahvaz şəhərində baş verib.

Yerli dövlət televiziyasının xəbərinə görə, ölənlərin dəqiq sayı hələlik bəlli deyil.

İlkin məlumata görə, paraddakı səhnənin arxasından açılıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, hücumun arxasında radikal islam ideologiyasına mənsub "Təkfiri” qrupu durur.

Şənbə günü İranın bir neçə şəhərində İraq-İran müharibəsinin (1980-1988) il dönümü münasibətilə hərbi parad keçirilir.