12:18, 15 Noyabr 2018 (Cümə axşamı) 148

Kərə yağının idxalı azalıb

Kərə yağının idxalı azalıb
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 102 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 14-də yaydığı məlumatda belə bildirilir.

Komitə vurğulayıb ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23 milyard 159.4 milyon ABŞ dolları olub:

«O cümlədən ixracın dəyəri 15 milyard 254.2 milyon dollar, idxalın dəyəri 7 milyard 905.2 milyon dollar təşkil edib. Nəticədə 7 milyard 349 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34.3 faiz, o cümlədən ixrac 37.9 faiz, idxal 28 faiz artıb. Real ifadədə dövriyyə 0.2 faiz, o cümlədən idxal 2.3 faiz azalmış, ixrac isə 0.9 faiz artmışdır».

İxracda 26.9 faizlə ən böyük pay sahibi İtaliyaya olub. İdxala isə yenə Rusiya (15.8 faiz) başçılıq edir.

Təzə meyvə, pambıq ipliyi və bəzi məhsulların ixracında artım var. Çay və bəzi başqa malların ixracı azalıb.

Buğda (11.3 faiz), quş əti, onun əlavə məhsulları (24.1 faiz), minik avtomobilləri (2.5 dəfə) idxalı artıb. Kərə yağı, mal əti və bir sıra başqa malların idxalı isə azalıb.