15:48, 18 Oktyabr 2018 (Cümə axşamı) 219

Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndəriblər

Milli Məclisin deputatları Rusiya Dövlət Dumasına etiraz müraciəti göndəriblər
Milli Məclis deputatları oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və komitələrə etiraz müraciəti göndərib.

Trend-in məlumatına görə, müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan Rus icmasının sədri Mixail Zabelin imzalayıb.

Oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.