11:43, 24 Sentyabr 2018 (Bazar ertəsi) 146

Navalnı yenə saxlanılıb

Navalnı yenə saxlanılıb


Rusiyanın müxalifət lideri Aleksey Navalnının ictimai toplantı qanunu pozmağa görə yenə saxlandığı deyilir. 

O, eyni ittihamla 30 sutkalıq həbsdən çıxınca bir də tutulub.

Həmkarı Leonid Volkov sentyabrın 24-də səhər tvitində yazıb ki, Navalny təcridxanadan çıxan kimi Moskvada polis məntəqəsinə aparılıb.

"Qapını açdılar və onu dərhal avtobusa mindirdilər”, – Volkov yazıb.

Almaniyanın Deutsche Welle radiosunun Rusiya xidməti həmin anın videosunu yayıb.

Navalnının sözçüsü Kira Yarmiş deyib ki, o, ictimai toplantı qaydalarına sağlamlığa və mülkiyyətə ziyan vurmaqla pozmağa görə 20 sutkayadək həbsə məhkum oluna bilər.

Simonovski məhkəməsi bu gün həmin işə baxmalıdır.

Navalnı ötən ay saxlanmışdı. O, yanvarda Rusiya paytaxtında icazəsiz yürüşün təşkilinə kömək etməkdə suçlanaraq 30 sutkalıq həbsə məhkum edilmişdi.

Moskvada və digər şəhərlərdə oxşar etirazlarda minlərlə adam qatılmış, Prezident Vladimir Putinin təkrar həmin posta seçilməsinə etirazlarını bildirmişdilər.

Navalnı demişdi ki, onun saxlanmasında məqsəd bu ayın əvvəlində ölkədə pensiya islahatlarına etiraz aksiyalarını rəhbərlik etməsini önləmək olub.

Həmin yürüşlərdə ölkə üzrə 1000-dən çox saxlanan olub.

Putin-in açıq tənqidçini olan Navalnı dəfələrlə böyük etirazlar təşkil edib, Rusiyanın hakim elitasına iddia olunan korrupsiyayla bağlı hesabatlar dərc edib.

Hökumətin ölkədə təqaüdə çıxmaq yaşını artırması təklifi isə genişmiqyaslı qəzəb yaradıb, Putinin populyarlığına zərbə vurub.

İndi həmin qanun layihəsi Dövlət Dumasında ikinci oxunuşda müzakirəyə çıxarılmağa hazırlanır.

Azadlıq Radiosu