14:51, 08 Noyabr 2018 (Cümə axşamı) 117

Neft Emalı Zavodu məhkəməyə veriləcək

Neft Emalı Zavodu məhkəməyə veriləcək
Bakı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək.

Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan "məcburi göstəriş” verilib.