11:05, 15 Noyabr 2018 (Cümə axşamı) 208

Orta məktəblərdə pullu təhsil proqramları olacaq

Orta məktəblərdə pullu təhsil proqramları olacaq
Azərbaycanda ümumtəhsil məktəbləri bəzi təhsil proqramlarını bundan sonra pullu təşkil edə biləcəklər.

Nazirlər Kabineti "Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”nə bununla bağlı əlavələr edib. Əlavələr noyabrın 13-də açıqlanıb.

İndiyədək "Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”ndə təhsilin pulsuz olduğu vurğulanırdı.

Nizamnamənin 1.6-cı maddəsinə görə, "Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur”.

Həmin maddə aşağıdakı mətndə təqdim edilib:

" "Təhsil haqqında” Qanuna uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər”.