12:17, 07 Fevral 2019 (Cümə axşamı) 297

Prezident zəlzələ bölgəsinə gedib

Prezident zəlzələ bölgəsinə gedib
Fevralın 7-də prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gedib. 

AZƏRTAC bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

Fevralın 5-i axşam İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub, bir çox evdə dağıntı baş verib.