10:57, 15 Noyabr 2018 (Cümə axşamı) 158

Qəbiristanlıqla bağlı yeni cəzalar qüvvəyə mindi

Qəbiristanlıqla bağlı yeni cəzalar qüvvəyə mindi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. AZƏRTAC bildirir ki, məcəlləyə əlavə edilən 516-1-ci maddə qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutur.

Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslərə iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslərə beş yüz manatdan min manatadək məbləğdə cərimə düşür.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə kəsiləcək.