12:09, 07 Fevral 2019 (Cümə axşamı) 138

Rayonlara dəyən ziyan hesablanır

Rayonlara dəyən ziyan hesablanır
2019-cu il fevralin 5-i gecə saatlarında Azərbaycanda baş vermiş zəlzələnin ən güclü hiss olunduğu Şamaxı, İsmayıllı və Ağsu rayonlarında ziyanın həcminin müəyyən olunması həyata keçirilir.

Bunu hər üç rayonun icra hakimiyyətlərinin təmsilçiləri bildiriblər.

Onların sözlərinə görə, əhalidən ziyanla bağlı gələn məlumatlar əsasında yerlərdə evlərə və obyektlərə baxış keçirilir.

Verilən məlumata görə, Komissiyanın tərkibi rayon icra hakimiyyətləri və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından ibarətdir. Hələlik, dəyən ziyanın həcminin hesablandığı bildirilir. İcra hakimiyyətlərindən bildirildiyinə görə, çox güman ki, yaxın vaxtlarda bu barədə ilkin dəqiqləşdirilmiş rəsmi məlumatlar açıqlanacaq.

Fevralın 5-si gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilir.

Azadlı Radiosu