13:36, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 156

Rusiyadan gələn balıq konservlərinin tədarükü dayandırılıb

Rusiyadan gələn balıq konservlərinin tədarükü dayandırılıb
Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.

Bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.

Qeyd olunur ki, "MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.

Tədarükün dayandırılması müddəti açıqlanmayıb.