13:51, 08 Fevral 2019 (Cümə) 1325

Yağış, qar gözlənilir

Yağış, qar gözlənilir
Fevralın 9-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3 dərəcəyə yaxın, gündüz 5-8, Bakıda gecə 3 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 9-da Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir.