17:33, 13 Mart 2019 (Çərşənbə) 365

Yaradıcı ittifaqlara pul ayrıldı

Yaradıcı ittifaqlara pul ayrıldı
Prezident İlham Əliyev Azərbaycanda martın 13-də fəaliyyət göstərən bir sıra ittifaqlara maliyyə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda yazılıb ki, ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Sənəddə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılır. Habelə, Bəstəkarlar İttifaqına 650 min, Rəssamlar İttifaqına 350 min, Kinematoqrafçılar İttifaqına 300 min, Memarlar İttifaqına 250 min, Teatr Xadimləri İttifaqına 250 min və Aşıqlar Birliyinə 250 min manat verilməlidir.